9 Avqust 2015 20:31
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samur-Abşeron kanalında batan gəncin cəsədi tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 30 iyul 2015-ci il tarixində Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıdakı nəzarətsiz ərazidə) çimərkən batmış 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.

V.Paşayevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər