10 Avqust 2015 10:42
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “Zəngəzur” şadlıq evində keçirilən toyda kütləvi zəhərlənmə ilə bağlı rəmi açıqlama verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, zəhərlənən 77 nəfərdən 41-nin vəziyyəti kafidir. Zəhərlənənlərdən başqa daha 15 uşaq da tibb müəssisələrinə müraciət edib.

Müraciət edənlər Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir.

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.


Müəllif:

Oxşar xəbərlər