10 Avqust 2015 14:21
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürmüş Astara rayon sakininin həbsi haqda məlumat yayıb.


Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, 2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürüb.


Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.


Müəllif:

Oxşar xəbərlər