10 Avqust 2015 14:26
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 28 nəfəri Azərbaycan, 8 nəfəri Moldova, 7 nəfəri İran, 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ay ərzində Lənkəran, Lerik, Zaqatala və Balakən rayonları ərazisində 76,5 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 10,5 ton olan çətənə kolları toplanaraq yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər