10 Avqust 2015 17:33
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda xuliqanlıq hadisəsi nəticəsində 27 yaşlı oğlan döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 9-da, gecə saat 00.15-də qeydə alınıb.

Məlumata görə, gecə saatlarında Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Vadimov Zabrat qəsəbəsi, E.Axundov küçəsində oaln yeni tikilinin yanında döyülüb. O, döyülməsi nəticəsində aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verilib. Elşən Vadimov şəxsi münasibətlər zəminində tanışı Orxan adlı şəxs tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər