10 Avqust 2015 21:14
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon sakinini hədələyən şəxsin barəsində cinayət işi başlayıb.

Teleqraf.com xəbər verir ki, aqustun 6-da Gəncə şəhər sakini Sarı Aslanov Ağdam rayon sakini Məhəmməd Əliyevi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Sarı Aslanov ondan 500 manat tələb edib. O, hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verib. Sarı Aslanov Məhəmməd Əliyevdən 500 manat alarkən cinayət başında yaxalanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər