12 Avqust 2015 12:55
2 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir telefon zənginə qadın sürücünü buraxan yol polisinin görüntüləri yayılıb.

Milli.az xəbər verir ki, İstiqlaliyyət küçəsində qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib.

Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir.

Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

Həmin mənzərə əvvəldən-axıradək mobil telefonla çəkilib.


Müəllif:

Oxşar xəbərlər