Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə taksi sürücüsü Nürəddin Eyvazov ifadə verib. O bildirib ki, Xədicə İsmayılın təklifi ilə Azadlıq Radiosunda sürücü işləyib. Xidməti müqavilə bağlayıb, əmək haqqı alıb.
Hakim bildirib ki, şahidlərdən biri Ülkər Akifqızı xarici ölkələrdən birində səfərdədir və prosesdə iştirak edə bilməyəcək.
Hakim Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə verilən ittiham üzrə ifadə verməyi təklif edib. Xədicə İsmayıl bildirib ki, şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcək.
Məhkəmə iclası avqustun 13-də davam etdiriləcək.
Hacı Zeynalov