12 Avqust 2015 22:53
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Şamaxı rayon sakinləri – Babək Şəfiyev və Dəyanət Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Babək Şəfiyev narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq məqsədilə Şamaxı rayonunun Sabir qəsəbə sakinləri Dəyanət Eyvazov və şəxsiyyəti istintaqa məlum olan və barəsində axtarış elan edilmiş digər şəxslə cinayət əlaqəsinə girib. O, 26 yanvar 2014-cü il tarixdə, saat 17:15 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsində işlətdiyi “Şam” kafesində dəstənin üzvləri ilə birlikdə şərti alıcı Bəxtiyar Cəfərov ilə görüşüblər.

Dəstə başçısı Babək Şəfiyev Bəxtiyar Cəfərova narkotik vasitə satmaq məqsədilə ondan 600 manat alıb. Sonra onun tapşırığı ilə həmin gün saat 21.30-da Şamaxı rayonunun Sabir qəsəbəsində “Mirzə Ələkbər Sabir”in heykəlinin yanında Dəyanət Eyvazovdan 23 ədəd kibrit qutularında olan çəkisi 90,01 qram narkotik vasitəni Bəxtiyar Cəfərov alarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfındən yaxalanıb. Bundan sonra Babək Şəfiyev də məsuliyyətə cəlb edilsə də, dəstənin digər üzvlərinin barəsində həbsli axtarış elan edilib.

Babək Şəfiyev və Dəyanət Eyvazov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin vəkili Vüqar Xasayev apelyasiya şikayəti verib. O, hər iki təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilmədiyini, onların barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edib. Hakim heyəti hər iki təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin n 234.1-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsinə tövsif ediblər. Məhkəmə hər iki təqsirləndirilən şəxsin cəzasını 2 ilə endirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər