Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edildi.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Leyla Yunusun vəkilləri Ramiz Məmmədov Erkin Qəmbərov, Arif Yunusun vəkili Əfqan Məmmədov çıxış edib. Onlar müdafiə etdiyi şəxslərin barəsində bəraət hökmü çıxarılmasını tələb edib.
Prosesdə fasilə elan olunub.
Hacı Zeynalov