Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 25-də Yasamal rayonu ərazisində yerləşən “Yanar dağ” kafesində, oranın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sönməzbəy Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov