Valideyn diqqətsizliyi iki azyaşlının həyatına son qoyub. Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Ağdam rayonu ərazisində baş verib.
Rayonun məcburi köçkünlərin məskunlaşdığı Təzəkənd qəsəbəsində yaşayan Xanəli Abbasovun iki övladı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
8 yaşlı Bahar Abbasova və 6 yaşlı Nicat Abbasov oynayarkən otaqlardan birində olan sandığın içinə giriblər. Sandığın üstündə ağır yük olduğundan azyaşlılar çölə çıxa bilməyiblər. Köməksiz qalan bacı və qardaş havasızlıqdan boğulublar.
Ailə üzvləri sandığı açanda artıq gec olub. Yarımcan vəziyyətdə olan 6 yaşlı Nicat xəstəxanaya aparılarkən yolda keçinib. Hər iki uşaq dəfn olunub.
Daşqın