Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Əməliyyat saat 15:42-də başa çatıb.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunublar.
Əməliyyat saat 16:45-də başa çatıb.