Bakının Səbail rayonunda 30 yaşlı kişi ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nizami küçəsi, ev 66 ünvanında baş verib.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Vaqif Mirzəyevin evinə dostu, 1985-ci il təvəllüdlü Şəki şəhər sakini Elşad Abdullayev qonaq gəlib. Evdə olan qonaq bir neçə saatdan sonra səhhəti pisləşib.
Ev sahibi dərhal təcili tibbi yardım briqadası çağırıb. Həmin evə gələn həkimlər Elşad Abdullayevi müayinə ediblər və onun ürək çatışmazlığından ölməsi müəyyən edilib.
Ölüm hadisəsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov