Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dispanserdən qaçmaqda təqsirli bilinən Tural Gülhüseyn oğlu Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Abbasov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə Idarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Adıçəkilən şəxslərin işi ayrı-ayrı icraatlarda məhkəməyə göndərilib.
Hacı Zeynalov