Bakıda səhər vaxtı dənizdə çimərkən batan şəxs xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 09:54-də başa çatıb.