15 Avqust 2015 13:36
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubanın daxili məsələləri heç vaxt ABŞ-la müzakirə olunmayacaq.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu Kuba Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər şöbəsinin müdiri Jozefina Vidal bildirib.

Onun sözlərində görə, daxili məsələlərlə bağlı qərarlar müzakirə olunmur və ABŞ-la danışıqların gündəliyinə çıxarılmayacaq.

Diplomat ABŞ dövlət katibi Con Kerrinin Kuba hökumətinin ölkədə insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırana qədər Konqresin sanksiyaları aradan qaldırmayacağı barədə sözlərini də şərh edib: "Kuba bunu cavablandırmağa ehtiyac görmür".


Müəllif:

Oxşar xəbərlər