Paytaxt polisinin avaralıq və dilənçiliklə məşğul olanlara qarşı mübarizəsi davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində avaralıq və dilənçiliklə məşğul olan 22 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.