Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan Qəhrəman İsayev Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ruslan Məmmədov 360 manatını alaraq qaytarmayıb.
Bundan başqa, Ruslan Məmmədov Mahir Dadaşovun 50 manatını, Şahin Dadaşovun 110 manatını, Gülbala Ağabala oğlunun 1050 manatını alaraq mənimsəyib.
Ruslan Məmmədov yaşadığı Xətai rayonu, E.Əliyev küçəsi ev 14 ünvanında tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov