17 Avqust 2015 12:50
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda külli miqdarda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Lətif Tofiq oğlu Mikayılov dələduzluqla üzləşib.

Ramil adlı şəxs Lətif Mikayılovun etibarından sui-istifadə edərək 40 min manatını alaraq qaytarmayıb.

Lətif Mikayılov Ramil adlı şəxsin barəsində cinayət işi başlaması üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə şikayət edib. O, bildirib ki, Ramil adlı şəxs onun pulunu ötən ilin dekabrında alıb.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər