Bakı polisinin dilənçilərə qarşı reydləri davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat Binəqədi və Nəsimi rayonları ərazisində keçirilib.
Dilənçiliklə məşğul olan 28 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Bundan başqa, Binəqədi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov