Astara Gömrük İdarəsinin sərnişin şöbəsindəİran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəxsi yoxlama nəticəsində onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA