18 Avqust 2015 18:59
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Əli Əliyevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Əli Əliyev təxminən 9-10 avqust 2014-cü il tarixdə işdən evə getmək üçün əyləşdiyi taksidə digər sərnişin, Abşeron rayonu Saray qəsəbəsində yaşayan, əvvəldən tanımadığı Arif Ağayevlə şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Avqustun 13-də Arif Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə Əli Əliyevi təqib edib. Arif Saray qəsəbəsi V.Axundov və M.Müşfiq küçələrinin kəsişməsində Əli Əliyevin qarşısını kəsib. Arif Əlini öz evinin yaxınlığında, “Saray” marketin yanında döyüb.

Bundan əsəbiləşən Əli Əliyev Arifdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Avqustun 21-də Arifin mobil telefonuna zəng edib və onu Saray qəsəbəsi yeni yaşayış massivində kənd qəbristanlığının yaxınlığında görüşə çağırıb. Əli avqustun 22-də, saat 1 radələrində babasından qalan, yaşadığı evin zirzəmisində saxladığı 16 kalibrli qoşalüləli ov tüfəngini götürüb və həmin qəbristanlığa gedib.

Aralıda qaranlıq yerdə dayanan əvvəllər tanımadığı Emil Bayramovun idarə etdiyi avtomobildə Arif Ağayevin olduğunu zənn edib. O, Emil Bayramov və onun sərnişini olan Həsən Bağırovun olduğu avtomobilə 50 metr məsafədən atəş açıb. Açılan atəş nəticəsində Emil Bayramov və onun sərnişini yaralanıb. Bundan başqa, hadisə zamanı Emil Bayramovun anası Sevda Bayramovanın adına olan avtomobilə 1815 manat məbləğində xeyli miqdarda ziyan dəyib.

Əli Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Əli Əliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər