Bakının Suraxanı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə qəsəbə sakini, azyaşlı Mehdi Əliyev vurulub.
Hadisənin törədən sürücü hadisə yerindən qaçıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov