19 Avqust 2015 14:35
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Nərimanov rayonunda avtomobildə ölü tapılan gənc oğlan barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Yusif Yusuf evlərinin qarşısındakı qarajda olan “Lexus” markalı avtomobilindən Röyalə Tağıyeva ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Laçın Yusifli orada ölüb, Röyalə Tağıyevanın vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, avqustun 18-də, gecə saat 01:30 radələrində Oqtay Şamilzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan “Lexus” markalı avtomobilin yanından 1993-cü il təvəllüdlü Yusuf Yusiflinin meyiti tapılıb.

Həmin avtomobilin arxa oturacağından isə 19 yaşı olan Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intihar etdikləri üzə çıxıb. O da məlum olub ki, “Lexus” markalı avtomobil Yusuf Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər