Bakının Sabunçu rayonunda polisə yalan verilib.
Teleqraf.com xəbər verir ki, yalan məlumat Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə daxil olub.
Məlumata görə, evdə valideynləri ilə dalaşan Bakı şəhər sakini Muraz Fikrət oğlu Quliyev 14-cü polis bölməsinə zəng edərək yaşadığı ərazidə quldurluq hadisəsini baş verməsini deyib. 14-cü polis bölməsinin əməliyyat qrupu həmin ünvana gəlib və quldurluq hadisəsinin baş vermədiyi məlum olub.
Yalan məlumat verən Muraz Quliyev 14-cü polis bölməsinə aparılıb. O, izahatında bildirib ki, valideynləri ilə söz-söhbətləri olub və buna görə də polisə yalan məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov