Bakının Sabunçu rayonunda qız qaçırma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasında qeydə alınıb.
Sanatoriyada yaşayan 1997-ci il təbvəllüdlü Aytac Nizami qızı Allehverdiyeva Ramin adlı şəxs tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın atası, 1972-ci il təvəllüdlü Nizami Qaytaran oğlu Allheverdiyev Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edərək bildirib ki, qızı avqustun 20-də, saat 23.50 radələrində qaçırılıb. O, qızının zorla qaçırıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov