Sabirabad şəhər sakinin kartından pul çıxaran həmyerlisi həbs edilib.
Teleqraf.com xəbər verir ki, Anar Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Kapital bankın bankomatından onun hesabında olan 361 manat pulunun oğurlanıb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Nicat Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.
Hacı Zeynalov