21 Avqust 2015 21:54
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar olunub.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin mayında Zahid və Azər adlı vətəndaşlar torpaq sənədi düzəltmək adı ilə Viktor Nəcəf oğlu Böyükkişiyevdən 18 min ABŞ dolları alıb.

O, həmin şəxslərə pul vəsaiti ödəsə də, həmin şəxslər vədlərinə əməl etməyib. Viktor Böyükkişiyev dələduzluqla üzləşməsi barədə Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər