Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materilları oğurlayıb aparan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 21-də Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən naməlum şəxslər “Mercedes” markalı avtomobildə inşaat materilları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov “VAZ-2107” markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk ediblər.
Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulublar.
Müəyyən edilib ki, E.Hüseynov barəsində həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarış elan edilib.