Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsinin region şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddə ticarətçisi saxlanılıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1967-ci ildə Salyanda anadan olmuş Bayramov Tərlan İli oğlu 14 kq 300 qr narkotik maddə - marixuana satarkən yaxalanıb. O, marixuananı 12 min manata satmaq istəyib.
İlkin istintaq ifasdəsində Tərlan narkotik maddəni özü əkib-becərdiyini deyib.