24 Avqust 2015 10:21
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb.

Bu barədə “Report”a Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Hadisə "Təbriz" küçəsində baş verib.

Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub.

M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər