İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Amid Abbasov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Qasıməli Qasımov həbs edilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törədən şəxs əvvəllərdə məhkumluq həyatı yaşayıb.
Hacı Zeynalov