29 May 2014 17:57
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çoxsaylı dələduzluq cinayətlərində ittiham olunan Tural Mürsəlovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Tural Mürsəlov paytaxtın ayrı-ayrı rayonlarında bir qrup vətəndaşı aldadaraq onların pulunu alıb. O, torpaq almaq, işə düzəltmək və başqa vədlər verərək vətəndaşların etibarını qazanıb. O, vədinə əməl etməyərək pulları mənimsəyib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Mürsəlov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: