25 Avqust 2015 10:31
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qazax rayon sakini Tovuzda özünü yandırıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.


Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər