25 Avqust 2015 11:04
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsi, Xanlar küçəsindəki yeni tikilidə yaşayan Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Hökümə Pərviz qızı Hüseynova naməlum şəxsə qoşularaq qaçıb.

Hadisə avqustun 24-də, saat 17.00 radələrində baş verib. Naməlum şəxs azyaşlı qızı idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qaçırıb. Qızın anası Ədilə Hüseynova Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə ərizə ilə müraciət edərək, qızının evlənmək məqsədilə qaçırıldığını bildirib.

O, qeyd edib ki, qızı evdən gedərkən müəyyən geyim əşyalarını da özü ilə aparıb. Hazırda polis qızın saxlanıldığı yerin müəyyən edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər