Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Venera Həsənova yaşadığı evdə özünü asaraq ölüb. Venera Həsənovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov