Sabirabad rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan rayon sakini Vəlixan Rəhimov tutulub.
Əməliyyat zamanı onun həmkəndlisi Elməddin Əkbərovla birgə kultivasiya yolu ilə 40 ədəd çətənə kolu yetişdirməsi, habelə həmin çətənə kollarının rayon sakinləri Cavid Babayev və Nuhəli Rzayev tərəfindən oğurlanması və Bayram Hüseynova verilməsi də müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə E.Əkbərov, C.Babayev və N.Rzayev də tutulublar.
Hacı Zeynalov