27 Avqust 2015 17:10
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda iki oğlan vəhşicəsinə döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, Oktyabr küçəsi 8 ünvanının qarşısında baş verib.

Həmin ünvanda Bakı şəhər sakinləri – 1980-cı il təvəllüdlü Uğur Kərimov və 1984-cü il təvəllüdlü Samir Əliyev əvvəl tanıdıqları, 1957-ci il təvəllüdlü Gülağa İmaməliyevlə mübahisə edib. Mübahisə zəminində Gülağa İmaməliyev hər iki gənci vəhşicəsinə taxta parçası ilə döyüb.

Uğur Kərimov və Samir Əliyev döyülmələri ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət ediblər. Onlar bildiriblər ki, tanışları Gülağa İmaməliyev döyülüblər. İfadələrində əlavə ediblər ki, hadisə avqustun 25-də, saat 20.24-də baş verib. Hadisənin pul üstündə baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər