Bakının Suraxanı rayonunda dələduzluq faktı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Roza adlı qadın Bakı şəhər sakini Ələddin Məmmədovun etibarından sui-istifadə edərək, onun 30 min manatını ələ keçirib.
Ələddin Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edərək dələduzluqla üzləşməsi ilə bağlı məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov