Bakının Sabunçu rayonunda iki dostun mübahisəsi cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, istixana kombinatı, yeni yaşayış massivində qeydə alınıb.
İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Elməddin Vəli oğlu Səfərov Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Yusif Nurəddin oğlu Seyidovla mübahisə edib. Onların mübahisəsi sonradan davaya çevrilib.
Yusif Seyidov əvvəlcə Elməddin Səfərovu döyüb və daha sonra özündə olan bıçaqla vurub. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən hadisəni törədən Yusif Seyidov həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov