28 Avqust 2015 11:09
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əzimzadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu “Makarov” tipli tapançadan atəş açaraq öldürüb.

Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən qaçarkən avtomobili “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə “Toyota”nın sürücüsü Rəşad Zakir oğlu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Rövşən Həsənov həbs edilib.

Öldürülən Nadir İbrahimov keçmiş polis əməkdaşıdır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

Teleqraf.com-un xəbərinə görə, Bakıda baş verən silahlı insidentin bəzi səbəbləri məlum olub. Məlumata görə, Nadir İbrahimovun istifadəsində olan telefon nömrəsindən Rövşən Həsənovun sevdiyi qıza zəng gəlib. Bu məsələni aydınlaşdırmaq üçün Rövşən Həsənov hadisə baş verən əraziyə gəlib. Orada tərəflərin sözü çəp gəlib. Bu səbəbdən Rövşən Həsənov avtomobilində olan silahla Nadir İbrahimovu güllələyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər