Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilin və orada ölüb.
Hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov