Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun S.Rüstəmov küçəsi 3 ünvanında qeydə alınıb.
Məlumata görə, həmin ünvanda 3 nəfər naməlum şəxs Ordubad rayon sakini, 1987-ci il təvəllüdlü Əli Hüseyn oğlu Abbasovu döyərək, 2100 manatını alaraq hadisə yerindən qaçıblar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.
Hacı Zeynalov