Yevlaxda mənzildə cəsəd tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.