Bakının Sabunçu rayonunda mənzildən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Telman küçəsi ev 8, mənzil 21-də baş verib.
Həmin ünvanda yaşayan Seyran İsmayıl oğlu İsrafuilovun evindən naməlum şəxslər 37 min ABŞ dolları, 10 min manat dəyərində isə qızıl əşyaları oğurlanıb. Ev sahibi oğurluq hadisəsinin baş verməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.
O, bildirib ki, avqustun 30-da ailə üzvləri ilə birlikdə Qəbələ rayonuna gedib və ertəsi gün geri qayıdanda isə oğurluq hadisəsinin baş verdiyinin şahidi olublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov