Bakının Sabunçu rayonunda intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, yeni sahədə qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vəfa Aydın qızı Əlili yaşadığı evdə dərman içərək intihara cəhd edib. O, 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb.Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Bu səbəbdən Vəfa Əlilinin intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov