Bakının Nizami rayonunda dələduzluq faktının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Tahirə Məmməd qızı Ağayeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onları aldadıb.
O, Bakı şəhər sakinləri – Ənubə Salmanovanın 1750, Aqil Mütəllimovun 450, İlhamə Şəfəqətovanın 1350, Şəfa Göylərovanın 4700, Süsən Allahverdiyevanın 340, Alim Şıxəliyevanın 300, Samir Ağayevin 185, Aytən Rüstəmovanın 1250, Teymur Həsənovun 640, Gülarə Əliyavnın 308, Xatirə Abbasovanın 6000, Gülşən Əhmədovanın 265, Elvin İsgəndərovun 3000, Aidə Rzayevanın 250, Ayşən Xalıqovanın 300, Aynur Həsənovanın 445, Aynurə Quliyevanın 210, Aran Məmmədovanın 300, Aytən Quliyevanın 1500, Samirə Məmmədovanın 514, Lətifə Hüseynovanın 560, Fərəh Abbasovanın 1395, Əminə Həsənovanın 1200 manatını ələ keçirib.
Bakı sakinləri dələduzluqla üzləşmələri ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov