Xırdalan şəhərində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Ömərov yaşadığı evdə özünü asaraq ölüb.
Tural Ömərovun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov