1 Sentyabr 2015 12:51
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Ruslan Rzayev, Muğan Teymurlu, Nail Mehraliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin martın 28-də, gecə saat 04 radələrində Xətai rayonunun Nobel prospektində, Bakı şəhər sakinləri Ruslan Rzayev, Muğan Teymurlu və Nail Mehralıyev Siyəzən rayon sakini Ruslan Hüseynovu bıçaqla hədələyiblər. Onlar Ruslan Hüseynovun 53 manatını alıblar.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Rzayev, Muğan Teymurlu və Nail Mehralıyev tutulub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 10-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər